Əsas Səhifə > Region > Türkiyənin Müdafiə Nazirliyi zərərsizləşdirilmiş terrorçuların sayını açıqladı

Türkiyənin Müdafiə Nazirliyi zərərsizləşdirilmiş terrorçuların sayını açıqladı


12-10-2019, 12:40

 

Şəffaflıq.az xəbər verir ki, Fərat çayının şərq sahilində Türkiyə Silahlı Qüvvələrinin uğurla davam edən Barış bulağı əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK/PYD-YPG terrorçularının sayı 415 nəfərə çatıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabındakı açıqlamasında deyilir: “Fərat çayının şərqində icra edilən Barış Bulağı Əməliyyatı gecə boyunca davam edib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qətiyyətli şəkildə qurudan və havadan vurulub. Zərərsizləşdirilən terrorçuların sayı ümumilikdə 415 nəfərə çatıb”.
Geri qayıt