Əsas Səhifə > Gündəm > Məzahir Pənahovdan sensasion bəyanat: "Seçki vasitəsilə ölkəyə müdaxilə ola bilər...”
Məzahir Pənahovdan sensasion bəyanat: "Seçki vasitəsilə ölkəyə müdaxilə ola bilər...”11-10-2019, 14:45 |
![]() “Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”,-Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə belə deyib. MSK sədri bildirib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb. Onun sözlərinə görə, seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. ![]() Xatırladaq ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Geri qayıt |