Əsas Səhifə > Region > Qırğızıstan prezidenti Bakıya gəlir

Qırğızıstan prezidenti Bakıya gəlir


10-10-2019, 22:48

 

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Geri qayıt