Əsas Səhifə > İdman > “Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb

“Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb


13-03-2023, 13:43


Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb.

Şəffaflıq.az-ın məlumatına görə, İstanbul təmsilçisi Super Liqanın XXV turunda “Kasımpaşa”nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub.

“Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib.

Qeyd edək ki, “Qarabağ” mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda qələbə qazanıb.


Geri qayıt