Əsas Səhifə > İdman > Neymar əməliyyat olundu

Neymar əməliyyat olundu


10-03-2023, 16:59


Fransanın PSJ klubunun futbolçusu Neymar əməliyyat olunub.

“L’equipe”in xəbərinə görə, braziliyalı hücumçuya Qətərin paytaxtı Dohada xəstəxanaların birində cərrahi müdaxilə edilib. Mövsümü erkən başa vuran forvard 3-4 ay sonra məşqlərə başlayacaq.

Neymar fevralın 19-da “Lill”ə (4:3) hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV tur matçında əzələsindən zədələnib.

Şəffaflıq.az


Geri qayıt