Əsas Səhifə > Hadisə > Şamaxıda 43 yaşlı kişi də dəm qazının qurbanı oldu

Şamaxıda 43 yaşlı kişi də dəm qazının qurbanı oldu


4-12-2018, 23:32
Şamaxı sakini dəm qazından boğularaq ölüb.
Şəffaflıq.az  məlumat verir ki, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.

Geri qayıt