Əsas Səhifə > İdman > “Barselona”nın məşqi bir dəqiqəlik sükutla başladı

“Barselona”nın məşqi bir dəqiqəlik sükutla başladı


10-02-2023, 15:33


“Barselona” klubunun bugünkü səhər məşqində Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi yad edilib.

Kataloniya klubunun futbolçuları, məşqçi korpusu və texniki heyəti təbii fəlakət nəticəsində həyatını itirən insanların xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Dağıdıcı zəlzələ nəticəsində Türkiyədə 18 342 nəfər həlak olub. Ölü sayının artacağı bildirilir.

Şəffaflıq.az

Mənbə: “Barselona” klubunun “Twitter” səhifəsi  


Geri qayıt