Əsas Səhifə > Dünya > “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən YDM-lərin sayını artırıb
“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən YDM-lərin sayını artırıb9-02-2023, 11:49 |
|
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb. Bu barədə şirkətin “Twitter” hesabında qeyd edilib. “Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin sayını artırdıq. Tutumu məhdud olan axtarış-xilasetmə maşınlarına ən sürətli dəstəyin göstərilməsi üçün zəlzələ bölgəsində vətəndaşlarımızın fərdi avtomobillərinin yanacaq tələbatını pulsuz ödəmək mümkün olmayacaq. Stansiyalarımızın telefonlarının əlçatan olması vacibdir, bunun üçün kənar şəxslərin zəngləri qəbul edilməyəcək. Xilasetmədə iştirak edənlərdən kənar zənglər lazım olan şəxslərin və qurumların əlaqəsinə və xilasetmə işlərinə mane ola bilər”, - deyə bildirilir. YDM-lər bu ünvanlarda yerləşir: Adıyaman / Merkez And Dereci Petrol - Telefon: 0532 585 20 32Adıyaman / Kahta Erdoğanlar Petrol - Telefon: 0530 348 18 99Aksaray / Merkez Altınsoy Ramsöy Petrol - Telefon: 0537 543 71 11Mersin / Mut Petrolim Petrol (Karşıyaka Mahallesi) – Telefon: 0541 841 33 51Mersin / Mut Petrolim Petrol (Kurtsuyu Mahallesi) - Telefon : 0541 841 33 51Mersin / Akdeniz Ayçiçek Petrol - Telefon: 0532 675 41 33Şanlıurfa / Halfeti İlçesi Acarpet Akaryakıt - Telefon: 0542 462 63 22Şanlıurfa / Hilvan İlçesi Çakmak Petrol - Telefon: 0533 243 99 31Şanlıurfa / Eyyübiye Atmaca Petrol - Telefon: 0536 034 04 46Bakır Petrol - Telefon: 0532 355 82 90Şanlıurfa / Bozova Cankarataş Petrol - Telefon: 0532 433 85 68Şanlıurfa / Birecik Özacarlar Petrol - Telefon: 0544 543 34 63Gaziantep / Şehitkamil Özemin Petrol - Telefon: 0542 794 58 96Hatay / Dörtyol Hidayet Petrol - Telefon: 0532 603 54 19Kahramanmaraş / Dulkadiroğlu OKM Enerji Petrol - Telefon: 0507 353 73 08Kahramanmaraş / Onikişubat OKM Enerji Petrol - Telefon: 0507 353 73 08Kahramanmaraş / Onikişubat Saylak Petrol - Telefon: 0531 650 28 31Kahramanmaraş / Türkoğlu Nempet Yakıt - Telefon: 0536 034 04 46Şəffaflıq.az Geri qayıt |