Əsas Səhifə > İdman > Qazaxıstan gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Qazaxıstan gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər


8-02-2023, 12:21


Qazaxıstanın batut gimnastikası üzrə yığma komandası Bakıda təlim-məşq toplanışında iştirak edir.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşir.

Qeyd edək ki, 18-19 fevralda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 idmançının fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Şəffaflıq.az


Geri qayıt