Əsas Səhifə > Gündəm / Hadisə > Bakıda SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava - +18 Video

Bakıda SOCAR əməkdaşları ilə Qarabağ əlilləri arasında kütləvi dava - +18 Video


29-09-2019, 11:05
 Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında kütləvi dava baş verib.
Bu barədə Yenisabah.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib. O, bildirib ki, hadisə sentyabrın 29-da Biləcəri qəsəbəsində baş verib.
“Yaxın saatlarda bunla bağlı ətraflı məlumat yayılacaq. Faktla bağlı 43-cü polis bölməsində tədqiqat araşdırmaları aparılır. Tərəflər bölməyə dəvət olunaraq izahat alınıb. Hadisənin təfərrüatları araşdırılır”.
Bildirək ki, sosial şəbəkələrdə baş vemiş davanın videosu yayılıb. Videoda tərəflər bir-birlərini vurur və söyüşlər dədləndirirlər.
Videonu təqdim edirik. Xəbərdarlıq edirik ki, videoda söyüşlər var.

Geri qayıt