Əsas Səhifə > Hadisə > Şamaxıda “Range-Rover”lə “NİVA” toqquşdu - Xəsarət alanlar var

Şamaxıda “Range-Rover”lə “NİVA” toqquşdu - Xəsarət alanlar var


28-09-2019, 23:17

 

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün 13:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

“Range-Rover” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı Diaqnostika Mərkəzinə aparılıb. Xəsarət alan şəxslərin adları hələlik məlum deyil.
Geri qayıt