Əsas Səhifə > REGİON > Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub.
Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub.27-09-2019, 23:01 |
![]() Şəffaflıq.az xəbər verir ki, 105 nəfər tələbə və gəncin qatıldığı III Yay Məktəbi 4 gün davam edəcək. Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. ![]() Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, gənclərin hər birinin gələcəkdə diplomat olması mütləq deyil, amma onlar hər hansı bir sahədə çalışmalarından asılı olmayaraq Azərbaycanın maraqlarını, Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq tribunalarda, müxtəlif beynəlxalq müzakirələrdə qorumaq, müdafiə etmək bacarığına yiyələnməlidirlər. ![]() BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Alessandro Frakassetti Şamaxının qədim tarixə malik, tarixən ədəbiyyat və incəsənətin harmoniyasını təmsil edən gözəl bir diyar olduğunu vurğulayaraq, Yay Məktəbinin iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan gənclərinin bu tədbirə qatılmaqla öz maraq və diqqətlərini nümayiş etdirdiklərini söyləyən natiq, hazırda dünya əhalisinin üçdəbirinin 14-29 yaş qrupunda olduğunu, belə bir şəraitdə gənclərin də fikrinin nəzərə alınmasının, onların da dəstəyinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. ![]() III Yay Məktəbində BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələri Komitəsi – “Mövcud ticari vəziyyətin dünya iqtisadiyyatına təsiri”, Ümumdünya Turizm Təşkilatı – “Tanınmamış və mübahisəli ərazilərdə turizm”, Futuristik Komitə - “III Dünya Müharibəsinin astanasında” mövzuları simulyasiya olunacaq. BMT Modeli üzrə Yay Məktəbi gənclərin xarici dil, danışıq, təqdimat, ünsiyyət, rəsmi yazı və bir çox digər şəxsi və iş bacarıqlarının inkişafına, onların beynəlxalq səviyyədə müxtəlif konfranslar üçün rəqabət qabiliyyətlərinin artırılmasına böyük töfhə verir. BMT Modeli üzrə I Yay Məktəbi 2015-ci il avqustun 10-14-də Daşkəsəndə, II Yay Məktəbi isə 2016-cı il avqustun 2-5-də İsmayıllıda təşkil edilib. ![]() ![]() ![]() ![]() ![]() Geri qayıt |