Əsas Səhifə > Hadisə > Sumqayıtda zəncirvarı qəza - Xəsarət alanlar var - FOTO

Sumqayıtda zəncirvarı qəza - Xəsarət alanlar var - FOTO


26-09-2019, 23:10

 

Sumqayıtda zəncirvarı qəza baş verib.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. “Opel Zafira” markalı avtomobil qarşısında hərəkətdə olan “VAZ-21015″ markalı avtomobilə dəyib. Zərbənin təsirindən “VAZ-21015″ markalı avtomobil “Mercedes”ə çırpılıb. Yoldan çıxan “Mercedes” ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt