Əsas Səhifə > Dünya > Milli futbolçu intihar edib - Foto

Milli futbolçu intihar edib - Foto


25-09-2019, 18:28

 Litva milli komandasının sabiq futbolçusu Arturas Rimkyaviçyusun meyiti tapılıb.
Şəffaflıq.az xarici KİV-nə istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçunun intihar etdiyi ehtimal olunur.
Təfərrüatı hələ dəqiqləşməyən hadisə ilə bağlı araşdırmalar aparılır. Karyerasını 2016-cı ildə başa vuran A. Rimkyaviçyus Litva millisində 7 oyunda 3 qol vurub. Ölkə çempionatında 205 matçda 117 dəfə fərqlənin forvard Latviya, Yunanıstan, Finlandiya və Bruneydə legioner həyatı yaşayıb.
Geri qayıt