Əsas Səhifə > Dünya > Hərbi Gürcüstan yolu bağlandı: Rusiyadan xəbərdarlıq

Hərbi Gürcüstan yolu bağlandı: Rusiyadan xəbərdarlıq


2-12-2018, 14:50

 Şimali Osetiyada Hərbi Gürcüstan yolu keçidə müvəqqəti məhdudiyyət qoyulması ucbatından bağlanıb.
Axar.az xəbər verir ki, yolun bağlanması nəticəsində 120 yük maşını yolda qalıb. Yolun bağlanmasına əsas səbəb kimi Gürcüstanda havanın pisləşməsi göstərilib. Rusiya Fövqəladə Hallar Nazirliyi yük maşınlarına səfərlərini müvəqqəti dayandırmaları ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, noyabr ayından Gürcüstanla Rusiyanı birləşdirən hərbi dəhliz yolu əlverişsiz hava şəraiti səbəbindən bağlanmışdı.

Geri qayıt