Əsas Səhifə > Sosial > Azərbaycanda dağılan ailələrdən 6 mindən çoxunun uşağı olmayıb - STATİSTİKA

Azərbaycanda dağılan ailələrdən 6 mindən çoxunun uşağı olmayıb - STATİSTİKA


24-09-2019, 00:43

 

Azərbaycanda 2018-ci ildə boşanmaların sayı 14 857 olub.

Şəffaflıq.az lent.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi bildirib ki, boşanan ailələrdən 6 559-nun övladı olmayıb.

Digər (8 298) ailələrin isə 3 894-nün bir uşağı, 4 404-nün (ümumilikdə 9 948 uşaq) isə iki və daha artıq uşaqları olub.
Geri qayıt