Əsas Səhifə > Cəmiyyət > Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM

Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM


20-09-2019, 20:43


 

Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Şəffaflıq.az-ın məlumatına görə, sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M.İmanova Bakı Dövlət Universitetinin (BDU) dosenti, riyaziyyat üzrə fəlsəfə doktorudur. 
Geri qayıt