Əsas Səhifə > Kriminal > UCAR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB.-FOTO
UCAR SAKİNİNDƏN KÜLLİ MİQDARDA NARKOTİK GÖTÜRÜLÜB.-FOTO17-09-2019, 22:53 |
![]() Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. Şəffaflıq.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qaracalı kənd sakini 58 yaşlı Cəmil Mikayılov saxlanılıb. ![]() ![]() ![]() Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |