Əsas Səhifə > Gündəm > Azərbaycan hərbçiləri Almaniyada təlimdə - FOTO

Azərbaycan hərbçiləri Almaniyada təlimdə - FOTO


14-09-2019, 20:50

 

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Şəffaflıq.az xəbər ver ki, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.
Geri qayıt