Əsas Səhifə > İqtisadiyyat / Region > Şamaxıda sənaye məhsullarının istehsalı artıb

Şamaxıda sənaye məhsullarının istehsalı artıb


11-09-2019, 21:50
 Şamaxı rayonunda 2019-cu ilin səkkiz ayında 4 milyon 799,4 min manatlıq sənaye məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2018-ci illə müqayisədə 609,6 min manat artıb.
Qeyd edək ki, regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar bölgə olan Şamaxıda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir.Azərtac

Geri qayıt