Əsas Səhifə > Maraqlı > Andropovun güllələtdirdiyi milyonçu qadın – Berta Borodkina kurort şəhərinin iaşə obyektlərinə rəhbərlik edib
Andropovun güllələtdirdiyi milyonçu qadın – Berta Borodkina kurort şəhərinin iaşə obyektlərinə rəhbərlik edib11-09-2019, 17:07 |
![]() Təbii ki, 1980-ci illərdə SSRİ-də bu qədər var-dövlətə sahib olmaq ağılasığmaz bir məsələ sayılıb. Özü də ayda 180 rubl əmək haqqı alan bir qadının sahib olması... Maraqlıdır, dövrün milyonçu qadını kim olub? ![]() ![]() 1970-ci ildə SSRİ Nazirlər Sovetinin 723 saylı qərarı ilə Gelencik şəhəri ümumittifaq kurort statusu alıb. Bu qərardan sonra şəhərdə yeni sanatoriya, pansionat, istirahət evləri ilə yanaşı, yeni ictimai iaşə obyektləri, restoranlar, kafelər də tikilməyə başlayıb. Şəhərə turist axınının sayı 2-3 dəfə artıb. Bu da öz növbəsində Borodkinanın da fəaliyyətinə müsbət təsir göstərib, rəhbəri olduğu restoranın müştəriləri çoxalıb. Əslində Borodkinanın müştəri baxımdan problemi olmayıb. Onun daimi və xüsusi qonaqları, şəhərin yüksək vəzifəliləri ona bəs edib. Ancaq bütün bunlar Borodkinanı qane etməyib. ![]() Borodkinanın bu vəzifəyə təyin olunması ilə Gelenciyin ictimai iaşə sistemində yeni yazılmamış qanunlar hökm sürməyə başlayıb, böyük peşəkarlıqla hazırlınmış maxinasiya mexanizmi işə düşüb, il ərzində kurort şəhərinə iatirahətə gələn on minlərlə insan “mədəni” şəkildə soyğunçuluğa məruz qalıblar. Məsələn, restoran, kafe və yeməkxanalarda bir nəfərlik yemək porsiyasında aşağıdakı maxinasiya variantları istifadə edilib: yeməkdə istifadə olunan çəkilmiş ətin tərkibinə çörək qatılıb, ətin çəkisi azaldılıb, ikinci və üçüncü növ ətlər birinci növ ətin qiymətinə satılıb, yeməkdə istifadə olunan digər məhsulların çəkisi və növü dəyişdirilib, böyük obyektlərdə ikinci gizli kassa aparatları saxlanılıb, yəni müştəriyə təqdim olunan hesab çeki ilə, əsl hesab çeki fərqlənib. Bu yalnız bir nəfərlik yemək porsiyasında keçirilən əməliyyatlar olub. ![]() Borodkinanın bu vəzifəyə təyin olunması ilə Gelenciyin ictimai iaşə sistemində yeni yazılmamış qanunlar hökm sürməyə başlayıb, böyük peşəkarlıqla hazırlınmış maxinasiya mexanizmi işə düşüb, il ərzində kurort şəhərinə iatirahətə gələn on minlərlə insan “mədəni” şəkildə soyğunçuluğa məruz qalıblar. Məsələn, restoran, kafe və yeməkxanalarda bir nəfərlik yemək porsiyasında aşağıdakı maxinasiya variantları istifadə edilib: yeməkdə istifadə olunan çəkilmiş ətin tərkibinə çörək qatılıb, ətin çəkisi azaldılıb, ikinci və üçüncü növ ətlər birinci növ ətin qiymətinə satılıb, yeməkdə istifadə olunan digər məhsulların çəkisi və növü dəyişdirilib, böyük obyektlərdə ikinci gizli kassa aparatları saxlanılıb, yəni müştəriyə təqdim olunan hesab çeki ilə, əsl hesab çeki fərqlənib. Bu yalnız bir nəfərlik yemək porsiyasında keçirilən əməliyyatlar olub. ![]() O cümlədən Borodkinanın Gelencik şəhərinin tabe olduğu Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Sergey Medunovla da son dərəcə mehriban əlaqələri yaranıb. Bu həmin Medunovdur ki, Leonid İliç Brejnevlə dostluq münasibətləri onu təkcə Krasnodarda yox, Kremldə də söz sahibi edib. (Sergey Medunov haqqında növbəti saylarımızda geniş yazı təqdim ediləcək). Krasnodara ali qonaqlar gələndə Medunov onların şərəfinə veriləcək ziyafət məsələlərini məhz Borodkinaya həvalə edib. Birinci katib yaxşı bilib ki, Borodkinanın açdığı süfrədə Moskvada defisit sayılan məhsullar da olacaq. Hətta Borodkinaya Brejnevə süfrə açmaq, onunla ünsiyyətdə olmaq da nəsib olub. Bax, elə buna görə də, Borodkinaya heç kim “gözünün üstə qaşın var” deyə bilməyib. Ancaq “Dəmir Bella”nın kurort hökmranlığı uzun çəkməyib. ![]() Bu hadisədən sonra Andropovun göstərişi ilə böyük bir qrup Moskvadan Krasnodar diyarına ezam olunub. Əvvəlcə ictimai iaşə obyektlərinin yoxlanılması başlanılıb. Bu, Brejnevin səhhətinin ağır olduğu,ömrünün son günlərini yaşadığı bir ərəfəyə təsadüf edib. Medunov və diyarın digər şəhər partiya komitələrinin birinci katibləri vəzifələrindən azad olunublar, həbslər başlanıb, hətta intihar edənlər də olub. “Dəmir Bella” haqqında da həbs qətimkan tədbiri seçilib. Borodkinanı həbs edəndə o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına “siz gəlib məndən üzr istəyəcəksiniz, qarşımda baş əyəcəksiniz” deyə onları hədələyib. Və o, elə düşünüb ki, süfrə açdığı, rüşvət verdiyi adamlar onu xilas edəcək. Amma heç kimdən səs çıxmayıb. Heç kim sərt Andropovla üz-üzə durmaq istəməyib. Borodkinanın istintaqını Andropov şəxsən öz nəzarətinə götürüb və məhkəməyə qeyri-rəsmi göstərişini də verib: “Ən ağır cəza...” Beləliklə, məhkəmə Gelencik olaylarının baş qəhrəmanını Andropovun təkidi ilə ən ağır cəzaya, güllələnməyə məhkum edib. Məhkəmənin hökmü 1983-cü ilin avqustunda Novoçerkask həbsxanasında icra edilib. Ötən yazılarımızda qeyd etdiyimiz kimi Stalin hakimiyyəti illərindən sonra SSRİ-də ölüm hökmünə cəmisi 3 qadın məhkum edilib ki, onlardan biri də məhz “Dəmir Bella” adı ilə məşhurlaşan Berta Borodkina olub. İlham Cəmiloğlu, Musavat.com Geri qayıt |