Əsas Səhifə > Elm Təhsil > İlin sonuncu Super Ayından möhtəşəm görüntü

İlin sonuncu Super Ayından möhtəşəm görüntü


12-08-2022, 13:33



Dünən gecə bütün dünyada bu ilin sonuncu Super Ayını müşahidə etmək mümkün olub.

Məlumata görə, bu vaxt təbii peyk Yerə ən yaxın məsafədə olub, ona görə də adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünüb.

Bundan başqa, insanlar Perseid meteor yağışından axan ulduzları da görmək şansı əldə ediblər. Bu möhtəşəm təbiət hadisəsi isə avqustun 13-dək davam edəcək.

Yeri gəlmişkən, xatırladaq ki, il başlayandan bəri bu, dördüncü Super Ay hadisəsi idi. Bundan əvvəl may, iyuniyul aylarında Yerin təbii peykini ən yaxın məsafədə görmək mümkün olub.

Şəffaflıq.az


Geri qayıt