Əsas Səhifə > İdman > Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb


8-08-2022, 21:23


Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.

Şəffaflıq.az-ın məlumatına görə, Anna Skidan çəkicatma növündə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

30 yaşlı idmançı finalda 70,23 metr nəticə göstərib.

Qeyd edək ki, Anna Skidan 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmraylik Oyunlarında da qızıl medal əldə edib."Report" 




Geri qayıt