Əsas Səhifə > Hadisə > Kürdəmirdə YANĞIN: ölən var - FOTO

Kürdəmirdə YANĞIN: ölən var - FOTO


29-11-2018, 19:44

 Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Şəffaflıq.az  Reportun məlumatına görə bildirir ki, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.

 
Geri qayıt