Əsas Səhifə > Hadisə > Qobustanda qardaş bacısını bıçaqladı

Qobustanda qardaş bacısını bıçaqladı


3-09-2019, 22:51

 Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil (Report)
Geri qayıt