Əsas Səhifə > İdman > Azərbaycan şahmatçıları "Norway Chess" turnirində mübarizəyə başlayır
Azərbaycan şahmatçıları "Norway Chess" turnirində mübarizəyə başlayır30-05-2022, 10:03 |
Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" çərçivəsində blits turniri keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq. Dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri "Norway Chess"də start nömrələrini müəyyənləşdirəcək. Qeyd edək ki, Norway Chess" turniri 31 may - 10 iyunda gerçəkləşəcək. Geri qayıt |