Əsas Səhifə > Kriminal > Bakıda ər arvadını və baldızını bıçaqlayıb

Bakıda ər arvadını və baldızını bıçaqlayıb


2-09-2019, 23:51
 Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızı və bacısı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızı bıçaqlanıblar. Məlumata görə, onları R.Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. (Report)

Geri qayıt