Əsas Səhifə > Cəmiyyət > Yol polisi sürücü və sərnişinlərə sərin su payladı - FOTO
Yol polisi sürücü və sərnişinlərə sərin su payladı - FOTO25-08-2019, 13:29 |
![]() DİN-in Mətbuat Xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndirib. Belə ki, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb. Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar. ![]() Bu istiqamətdə tədbirlər davam etdirilir. ![]() ![]() ![]() Geri qayıt |