Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Özünüzü qoruyun, ifrat yorğunluğa düçar olmayın.

Günün qoroskopu: Özünüzü qoruyun, ifrat yorğunluğa düçar olmayın.


13-03-2022, 00:39
 
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Gün ərzində yaranan və təcili həllini tələb edən problemlərin öhdəsindən gəlmək asan deyil. İmkanlarınızla potensialınızı olduğundan artıq dəyərləndirməyin, mənasız və yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin. Müttəfiqlərin yardımlarından boyun qaçırmayın, situasiyadan faydalanın. İşgüzar görüş pis keçməyəcək. Yeni tərəfdaş tapa bilərsiniz. Onunla əməkdaşlıq məhsuldar olacaq.
Pullarla ehtiyatlı olun. Lazımsız, ehtiyac duymadığınız əşyalar alıb bədxərclik etməyin.
Sevdiyiniz insanla mübahisə etməyin.
Buğa - Maraqlı tanışlıqlar, önəm verdiyiniz insanla görüş vəd edən gündür. Peşəkar fəaliyyət sahəsində qəfil təklif ala bilərsiniz. Həmin təklifi qəbul etsəniz, karyeranızda yeni mərhələ başlayacaq. Anlaşmalar, sövdələşmələr, alış-veriş üçün pis gün deyil. Pulları səpələməyin, bədxərclik etməyin.
Yeni müttəfiq və yardımçı axtarışları üçün düşərli zamandır.
Kosmetik təmirə, interyerin yenilənməsinə başlamaq olar. Bahalı geyim və aksessuar, habelə zərgərlik məmulatları almaq olar.
Əkizlər - Qəfil irəliləyiş və gözlənilməz uğur istisna deyil. Başa vurmaqda çətinlik çəkdiyiniz işlərdən birini müvəffəqiyyətlə sonuclandıra bilərsiniz.
Maliyyə fonu pis deyil. Yaxşı gəlir istisna deyil. Bir qədər sonra əhəmiyyətli məbləğdə mənfəət vəd edən anlaşma və ya sövdələşməyə nail olmağa çalışın.
Dostlar və qohumlarla münasibətlər günün ikinci yarısında yaxşı olacaq. Sevdiyiniz insanlarla asanlıqla dil tapın. Hətta ən cəsur, avantürist ideyanız da dəstəklənə bilər. Məntiqli layihələrdən birinin reallaşacağına şübhə etməyin.
Xərçəng - İstənilən çətinlikdə olan məsələlərin həlli üçün yaxşı gündür. Problemlər sizi qorxutmasın. Məqsədə doğru irəliləyişinizə düşmənlər və ya bədxahlar mane ola bilməyəcəklər. İşgüzar danışıqlarda qətiyyətli olun. Mövqelərinizdə israr etsəniz, sərfəli təkliflər ala bilərsiniz.
Çoxdan bəri həllini gözləyən, çözümünü ertələdiyiniz problem yenidən gündəmə gələ bilər. Əvvəllər yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Çətin olsa da, prosesin öhdəsindən gələcəksiniz.
Gəlirlər kiçik olsa da, vaxtında yetişəcək. Köhnə borcların qaytarılması ehtimalı var. Axşam saatları maraqlı tanışlıq vəd edir. Romantik münasibətlərin başlanması istisna deyil.
Şir - Emosional fonu çox mürəkkəb gündür. Ruhi müvazinəti asanlıqla itirməyin. Qıcıqlanaraq dostlarla mübahisəyə başlamayın. Sonradan sizdə təəssüf hissi yaradacaq sözlər deməyin. İşdə stress situasiyasının yaranma şansları az deyil.
Ailədə münaqişəyə yol verməmək üçün sərt iradlar səsləndirməyin, aqressiv olmayın.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Pulla bağlı narahatlıq keçirməyə dəyməz. Alacağınız işgüzar təklif qarşınızda yeni perspektivlər yaradır. Amma yorucu və usandırıcı işi başqasının görəcəyini də düşünməyin.
Qız - Xeyli vaxtdan bəri reallaşdırmaq istədiyiniz planı həyata keçirməyin vaxtıdır. Köhnə tanışlar, sadiq dostlar, yeni tərəfdaşlar sizə yardım edəcəklər. Onlar bəzi problemlərin həllində əvəzolunmaz rol oynaya bilərlər.
İşgüzar tərəfdaşla planları müzakirə edin. İşdə rəhbərliyin tapşırığını diqqətlə dinləyin. Yaxın ətrafınızdakı insanlara laqeyd qalmayın. Onlar belə davranışı dərhal hiss edəcəklər.
Günün ikinci yarısında danışıqlar və ya təmaslarda problemlər yarana bilər.
Axşam saatlarında gələcək qonaq sizi usandıra bilər.
Sevdiyiniz insanla ünsiyyət zamanı səbrli, təmkinli olun.
Tərəzi - Uğur şansı çoxdur. Təkbaşına çalışmayın, absolyut müstəqilliyə can atmayın. Sizə yardım edəcək, işin ən çətin hissəsini boynuna götürəcək insanlardan yararlanın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sövdələşməyə nail olmaq, potensial iş yerinin sahibi ilə görüşmək olar. Çoxdan gördüyünüz işin ödənişini və ya mükafatını indi alacaqsınız. Bir zamanlar yardım etdiyiniz insan sizə minnətdarlıq edəcək.
Dəvət olunduğunuz yerə yollanın, qəmli və ya hirsli təsir bağışlamayın.
Sevdiyiniz insanla münasibətləri səbəbsiz qısqanclıqla korlamayın.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Əqrəb - Ehtiyatlı, diqqətli olun. Uzun müddətdən bəri, səylə yaratdığınız plan, konstruksiya dağıla bilər. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə sayıq davranın. Mühüm qərarları qəbul edəndə düşünülməmiş, tələsik insan təsiri yaratmayın. Əldə etdiyiniz məlumatı sakitcəsinə, aramla təhlil edin. Yeni biliklər, məlumatlar, informasiya və təcrübə əldə etmək üçün əlverişli zamandır.
Günün ikinci yarısında bəzi işlər istədiyiniz kimi alınmazsa, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Nə qədər qəribə olsa da, müvəqqəti uğursuzluq bir qədər sonra ciddi irəliləyişə çevrilə bilər.
Təmaslar və əlaqələri saf-çürük edin. Yeni tanışlıqlara tələsməyin.
Oxatan - Mübahisələr və münaqişələr ola bilər. İmpulsiv olmayın, sərt danışmayın. Asanlıqla qıcıqlanıb emosional davranmayın. Təmkinli, soyuqqanlı olun. Yaxşı tanıdığınız insanlardan biri ilə kəskin anlaşılmazlıq yarana bilər. Sizə bağlı olan, sayğı bəsləyən insanlarla təmaslarda həssas olun. Yaxın ətrafınızdakı insanların davranışlarını bəzən anlaya bilmirsiniz. Sizə yaxşılıq etmək istəyən insanı yanlış anlamayın.
Maliyyə problemləri yaranacaq, amma onların öhdəsindən tezliklə gələcəksiniz.
İmiclə eksperimentlər aparmaq olar.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Oğlaq - İşgüzar fəaliyyət sahəsində ciddi irəliləyişlərə nail ola bilərsiniz. Mövqelərinizi möhkəmlədin, nüfuzlu insanlardan dəstək alın. Danışıqlar pis keçməyəcək. Sərfəli şərtlərlə anlaşmalara nail olmaq şansları var.
İş axtarışı, müzakirələr üçün düşərli zamandır. Yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısındakı görüş xoş təəssüratlar yaradacaq. Qohumlardan biri ilə çoxdan yaranan və hələ də həllini tapmayan fikir ayrılığını çözmək olar. Anlaşılmazlıqlara son qoyun.
Dolça - Qətiyyətli və inadkar olun. Bu gün uğurlu, əlverişlidir. Yaranan şanslardan istifadə edin. Hətta minimum informasiyaya malik olsanız da, dürüst taktika hazırlamağa çalışın. Bəzi planları az sonra reallaşdırmaq olar. Anlaşma və ya sövdələşmə gəlir verəcək. Qiymətli hədiyyələr istisna deyil.
Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz. Əks cins mənsubları sizinlə maraqlanacaqlar.
Romantik təmaslar ciddi münasibətlə sonuclanmayacaq.
Balıqlar - Bahalı əşya almaq, sərmayə yatırmaq olar. Günün maliyyə fonu buna imkan verir. Planlaşdırılmamış xərclər büdcənizə ağır zərbə vurmayacaq. Anlaşma və sövdələşmələrdə diqqətli olun. İşgüzar intuisiyanız iti olmasa, pul yatırdığınız layihələrdən yaxşı gəlir əldə etməyəcəksiniz.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Təəssüratlar faydalı, habelə maraqlı ola bilər.
Səhhətinizdə kiçik problemlər istisna deyil. Özünüzü qoruyun, ifrat yorğunluğa düçar olmayın. Xoşagəlməz insanlarla görüşlərdən imtina edin. Emosional durumunuz stabil deyil. Sizi asanlıqla ruhi müvazinətdən çıxarmaq olar.
Milli.Az
Geri qayıt