Əsas Səhifə > Səhiyyə / Dünya > Ukrayna səhiyyə naziri: “198 dinc sakin ölüb, 1115 nəfər yaralanıb”

Ukrayna səhiyyə naziri: “198 dinc sakin ölüb, 1115 nəfər yaralanıb”


26-02-2022, 15:54

 

Ukraynada Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı 198 dinc sakin həlak olub.

Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib.

Onun sözlərinə görə, həlak olanlardan üçü azyaşlı olub.

“Bundan əlavə 1 115 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 33-ü azyaşlıdır”, - deyə nazir bildirib.


Şəffaflıq.az
Geri qayıt