Əsas Səhifə > Hadisə > Bakıda marşrut avtobusunun sürücüsünü döydülər

Bakıda marşrut avtobusunun sürücüsünü döydülər


15-08-2019, 19:03
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Geri qayıt