Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kəsilənlərə” şad xəbər-Tezliklə universitetlərin boş qalan plan yerlərinə qeydiyyat aparılacaq – Siyahı burada
Kəsilənlərə” şad xəbər-Tezliklə universitetlərin boş qalan plan yerlərinə qeydiyyat aparılacaq – Siyahı burada9-08-2019, 22:05 |
![]() Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. ![]() Geri qayıt |