Əsas Səhifə > İqtisadiyyat > Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub


17-01-2022, 15:00
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna bir sıra dəyişikliklər edilib.
Şəffaflıq.az-ın məlumatına görə, qurumun Beynəlxalq Əlaqələr Baş İdarəsi ləğv olunub və onun səlahiyyətləri bir neçə başqa struktur arasında bölüşdürülüb.
Bundan başqa, Xidmətin tərkibində Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi, Xidmətin aparatında isə Protokol bölməsi yaradılıb.
Yeni struktur vahidlərinin rəhbərliyinə hələlik təyinat yoxdur.

Geri qayıt