Əsas Səhifə > Hadisə > Hacıqabul sakinlərindən “patı” və heroin aşkarlanıb

Hacıqabul sakinlərindən “patı” və heroin aşkarlanıb


16-01-2022, 16:41
 Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Şəffaflıq.az
Geri qayıt