Əsas Səhifə > Siyasət > Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir

Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilir


15-01-2022, 12:08
Azərbaycanda Prezident yanında İctimai Palatanın yaradılması təklif edilib.
“Report”un xəbərinə görə, bu təklifi Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilən "dəyirmi masa"da irəli sürüb.
Onun sözlərinə görə, Azərbaycanda ictimai nəzarətin hüquqi əsasları var: “Lakin ictimai nəzarətin bir institut olaraq formalaşması başa çatmayıb”.
Ə.Nuiyev bildirib ki, ictimai nəzarət bütün dövlət qurumlarını əhatə etmir: “Dünyada bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın ünsiyyət və problemləri ən dəqiq şəkildə çatdırmaq imkanı deməkdir. Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət olmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, cəmiyyətdə ictimai nəzarətin gücləndirilməsi üçün ab-hava yaradılmalıdır. Dövlət başçısı vurğulayıb ki, ictimai nəzarətin hansısa institusional formatı işlənilməlidir.
Geri qayıt