Əsas Səhifə > Sosial > Pensiyaların ödəniləcəyi vaxt AÇIQLANDI

Pensiyaların ödəniləcəyi vaxt AÇIQLANDI


13-01-2022, 15:05

 

Respublika üzrə bütün pensiyaların ödənəcəyi vaxt məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.


Şəffaflıq.az
Geri qayıt