Əsas Səhifə > Dünya / Mədəniyyət > “Grammy” təxirə salındı

“Grammy” təxirə salındı


6-01-2022, 13:31

 

Yanvarın 31-də Los-Ancelesdə baş tutması gözlənilən “Grammy” musiqi mükafatının təqdimetmə mərasimi koronavirusun “omicron” ştamının yayılması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyasının saytında dərc olunmuş press-relizdə deyilir.


Tədbirin yeni keçirilmə tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, gözlənilən mükafatlandırılma mərasimində musiqiçilər 85 nominasiyada yarışacaqlar.

Geri qayıt