Əsas Səhifə > Müsahibə / Cəmiyyət > Nuranə Məmmədova: Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı-Gənclər Birliyinin sədri.FOTO
Nuranə Məmmədova: Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı-Gənclər Birliyinin sədri.FOTO7-08-2019, 03:57 |
![]() Nuranə xanım bildiyimiz kimi ölkəmizdə keçirilən bir çox layihə və tədbirlərin yaxından iştirakçısı olmusunuz, bu barədə bütün təəssüratlarınızı bilmək estərdik? Bildiyimiz kimi, bu il ümummili lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 ili tamam olub və bu əlamətdar hadisə ilə bağlı keçirilən layihədə iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. Bu layihə vasitəsilə xalqımızın dahi rəhbərinin keçdiyi böyük və şərəfli siyasi yola, görkəmli dövlət xadiminin xalqı , milləti üçün gördüyü misilsiz işlərə daha geniş prizmadan baxmağa imkanımız yaranıb, bundan maksimum faydalanmağa çalışırıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüş zamanı ümummilli liderin siyasi fəaliyyəti ilə bağlı darinməzmunlu çıxışından ulu öndərin Azərbaycan xalqı qarşısındakı, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı misilsiz xidmətləri ilə bağlı dəyərli tarixi- siyasi faktları öyrəndik, Bu, hər bir müasir Azərbaycan gənci üçün olduqca əhəmiyyətli məmulatlardır. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə əlaqədar Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “ Gənc Liderlər “ proqramında Mədəniyyət naziri ,Müdafiə naziri, Təhsil naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan MR –in Ali Məclisinin Sədri, Heydər Əliyev Mərkəzinin müdiri ilə görüşlərdə oldum. Proqramın sonunda Gənclər və İdman naziri Azad Rəhimov Cənabları və Heydər Əliyev Mərkəzinin müdiri Anar Ələkbərovun birgə həyata keçirdiyi Gənc Liderlər proqramı üzrə diplomla təltif olundum. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Bildiyimiz kimi, bu il “ Nəsimi ili” elan olundu, bununla əlaqədar tədbirlər keçirdim və DTX-in Mədəniyyət Mərkəzində oldum. Bu yay, YAP –ın Oğuz rayonunda təşkil etdiyi yay məktəbində iştirak etdim, təlimlərdə oldum və diplomla təltif edildim.Yay məktəbi proqramı çərçivəsində Oğuz və Şəki rayonlarının tarixi abidələri ilə tanış oldum. Mən, Azərbaycan gənci olaraq, fəxr edirəm ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının Şamaxı rayonu üzrə Gənclər Birliyinin Sədriyəm. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() “Nəsimi ili “ elan olunması ilə əlaqədar Mədəniyyət ,İncəsənət və Turizm Nazirliyinin keçirdiyi “Rəsm” müsabiqəsində iştirak etdim və diploma təltif edildim. Bu yaxınlarda, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Əcdadlarımızın Mirası “ adlı proqram üzrə imtahan verdim və bu proqramda Şamaxı rayonunu təmsil etmək, mənim üçün çox qürurverici hissdir. Bu yay 23-26 avqust tarixlərində Şamaxı rayonunda, Yay məktəbi təşkil olunacaq. Rayonu fəal gənclərini yay məktəbində iştirak etməyə dəvət edirəm. Bildiyimiz kimi, qarşıdan Bələdiyyə Seçkiləri yaxınlaşır. Oktyabr ayında keçiriləcək bu seçkilərdə hər bir gənci seçkilərdə fəal iştirak etməyə səsləyirəm. Sonda bunuda bilmək istərdik Siz, Azərbaycan Gənci olaraq Şamaxını necə görmək istəyərdiniz? Mən Azərbaycan gənci olaraq, gələcəkdə Şamaxı rayonunda Gənclər Mərkəzinin tikilib, istifadəyə verilməsini istəyirəm. Şamaxı rayon fəal gənclərinin Beynəlxalq tədbirlərdə, müsabiqələrdə, festival və yarışmalarda iştirak etməsini görmək istəyirəm. Rayonumuzun Ölkənin qabaqcıl şəhərlər sırasına daxil olmasını görmək mənim üçün sevinc verici bir hissdir. Zülfiyyə: Şəffaflıq.az Geri qayıt |