Əsas Səhifə > Maraqlı > Peyğəmbərlərin, imamların adlarından sonra mötərizədə yazılan bəzi hərflərin mənası nədir?
Peyğəmbərlərin, imamların adlarından sonra mötərizədə yazılan bəzi hərflərin mənası nədir?4-08-2019, 23:25 |
Peyğəmbərlərin, imamların adlarını yazandan sonra mötərizədə bəzi hərflər yazırlar. Məsələn: ə, əs, s, sas, səav və s. Bu hərflərin mənası nədir?Bunlar həmin müqəddsələrə hörmət əlaməti olaraq deyilən ifadələrin qısaldılmış variantıdır. Bu adları deyəndə və eşidəndə həmin ehtiram ifadələrini söyləmək lazımdır. İmamların adından sonra "əleyhis-salam" (ə) və ya "səlamüllahi əleyh" (sə) ifadələri deyilir ki, mənası "ona salam olsun" və "ona Allahın salamı olsun" deməkdir. Peyğəmbərin adından sonra "salavatullah" (ona Allahın salavatı olsun; s), "səlləllahü əleyhi vəsəlləm" (ona Allahın salavatı və salamı olsun; səs, sas) və ya "səlləllahü əleyhi və alihi vəsəlləm" (ona və nəslinə Allahın salavatı və salamı olsun; səav) ifadələri işlədilir. Müxtəlif ədəbiyyatlarda bu ifadələr fərqli variantda verilir. Şəffaflıq.az Geri qayıt |