Əsas Səhifə > Sosial > Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı

Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı


31-07-2019, 23:47
 Abşeron rayonu və Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
Xırdalan şəhəri Quşçuluq massivi, Abşeron rayonu Masazır qəsəbəsi, Məhəmmədi Kəndi, Sumqayıtın Yaşıldərə yaşayış massivində 2 saatdan artıqdır elektrik enerjisi təchizatı kəsilib.
Məlumata görə, fasilənin yaranma səbəbi Xırdalan elektrik yarımstasniyasından çıxan və qeyd edilən əraziləri qidalandıran 6000 kVt-luq gava ötürücü xətrin zədələnməsidir.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları hadisə yerinə cəlb edilib və qarşıdakı 1 saat ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək.
Geri qayıt