Əsas Səhifə > SAĞLAMLIQ / Region > Gürcüstanda daha 4 331 nəfər koronavirusa yoluxub, 57 nəfər ölüb

Gürcüstanda daha 4 331 nəfər koronavirusa yoluxub, 57 nəfər ölüb


25-11-2021, 11:17
Gürcüstanda son sutka ərzində koronavirusa 4 331 yeni yoluxma faktı qeydə alınıb, 4 804 nəfər müalicə olunaraq sağalıb, 57 pasiyent vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyası 826 714 nəfərdə aşkarlanıb. Onların 768 559-u sağalıb, 11 736-sı isə dünyasını dəyişib.

Geri qayıt