Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əlilliyi olan şəxslərə bu tibbi xidmətlər pulsuz göstərilməyəcək (SİYAHI)
Əlilliyi olan şəxslərə bu tibbi xidmətlər pulsuz göstərilməyəcək (SİYAHI)27-07-2019, 18:09 |
![]() Bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır: 1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla); 2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla); 3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr; 4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr; 5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar; 6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması; 7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması; 8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması. Şəffaflıq.az Geri qayıt |