Əsas Səhifə > Hadisə > Göyçayda qəza baş verib - FOTO
Göyçayda qəza baş verib - FOTO23-07-2019, 14:38 |
![]() Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın Göyçay bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. Faktla bağlı araşdırma aparılır. ![]() ![]() ![]() ![]() ![]() ![]() Davud Tarverdiyev Şəffaflıq.az
Geri qayıt |