Əsas Səhifə > Siyasət > DMX xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib

DMX xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib


28-10-2021, 14:49
  Dövlət Miqrasiya Xidməti (DMX) xarici dövlətlərin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Qurumdan bildirilib ki, xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları qanunvericiliyin tələbinə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.
Qeyd olunub ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olub "elektron xidmətlər" bölməsi seçilməlidir. Daha sonra "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi" pəncərəsinə daxil olunmalıdır.
"Sənəd üzrə məlumatlar" hissəsində müvafiq xanalar doldurulmalıdır.
İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir. Növbəti mərhələdə "müraciət məlumatları" pəncərəsinin doldurulması tələb olunacaq.


Şəffaflıq.az
Geri qayıt