Əsas Səhifə > REGİON / Cəmiyyət > Şəhid kapitanın son sözləri: "Şəhid olsam məni sipər edin, sizə güllə dəyməsin"
Şəhid kapitanın son sözləri: "Şəhid olsam məni sipər edin, sizə güllə dəyməsin"25-10-2021, 16:20 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu cümlələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Həmid Cəfərli sentyabrın 27-də dostuna yazmışdı. H.Cəfərli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön xətdə döyüşüb, Cəbrayıl istiqamətində düşmənin müdafiə səddini yararaq işğal altında olan torpaqlarımızın geri qaytarılmasında fəal iştirak edib. Döyüş zamanı altı gün şəxsi heyəti ilə mühasirədə qalaraq Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad olunmasında iştirak edib. ![]() Qeyd edək ki, Cəfərli Həmid Kərim oğlu 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olub. 8-ci sinfədək bu məktəbdə təhsil alıb. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə həmin məktəbi Qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, leytenant rütbəsi alıb. Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə zabit ixtisas kursuna göndərilib. ![]() ![]() Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə ”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. Oğlulları Cabbar (5 yaş), Hüseyn (4 yaş) və qızı Zeynəb (1 yaş) yadigar qalıblar Geri qayıt |