Əsas Səhifə > HƏRBİ > Latviyadakı sovet aerodromu NATO-nun oldu

Latviyadakı sovet aerodromu NATO-nun oldu


24-10-2021, 12:10

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib.Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq.
NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.
Qeyd edək ki, aerodrom 1970-ci ildə sovet hərbçiləri tərəfindən tikilib və Baltikyanı regionda ən böyüklərdən biri hesab olunub.


Şəffaflıq.az
Geri qayıt