Əsas Səhifə > Region > Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”

Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”


24-10-2021, 10:46

Türkiyədə PKK terrorçuları məhv edilib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb.
O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər.
Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, - deyə sosial şəbəkədə yazıb.
Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb. Mustafa Karayılan PKKK rəhbərlərindəndir.

Geri qayıt