Əsas Səhifə > Region / Cəmiyyət > Şəhid Asif Azayevin il mərasimi,və xatirə bulağının açılışı olub. -FOTO

Şəhid Asif Azayevin il mərasimi,və xatirə bulağının açılışı olub. -FOTO


20-10-2021, 20:38

Asif Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçivaniski adına Hərbi Liseydə təhsil alıb. Ali təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM)hərbi təhsil alıb. 
Şəffaflıq.az xəbər verir ki, mərasimində  Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,  Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları, Millət vəkili Tamam xanım Cəfərova,  hüquq-mühafizə orqanlarının rəhbərləri,QMİ Qazisi Mərəhməd Mustafayev,  şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Müəllim və şagirdlər, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.
Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılışında iştirak etmişlər
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.

 


 Şəffaflıq.az bildirir ki, Şəhid Asif Azayev 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan silahlı qüvvələrinin Tovuz rayonunda  yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Növbəti illərdə "Murovdağ" istiqamətində xidmət edən Asif Azayev, 2016-cı ilin 2-5 apreldə baş verən döyüşlərdə savaşıb.
Asif Azayev 2018-ci ildən Azərbaycan silahlı qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başlayıb.
Azərbaycan qrdusunun  mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı dəfələrlə Ermənistan ordusunun canlı qüvvəsinin məhv edilməsində, döyüş tapşırığlarının icrasında, həmçinin tabeçiliyində olan əsgərlərin mühasirədən çıxarılmasında fərqlənib. Asif Azayev oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda  dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Füzuli  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. 
Ailəli idi. Üç oğlu yadigar qaldı.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Vahid İsmayılov.
Şəffaflıq.az



Geri qayıt