Əsas Səhifə > İdman > Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb
Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb18-10-2021, 21:58 |
![]() Şəffaflıq.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb. Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırılıb. ![]() ![]() ![]() ![]() İki gün davam edəcək təlimdə İvanov və AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik VAR protokolu barədə ədalət təmsilçilərinin suallarını cavablandıracaq. Geri qayıt |