Əsas Səhifə > Hadisə / Dünya > Həbsxanada yanğın: 41 məhkum öldü

Həbsxanada yanğın: 41 məhkum öldü


16-10-2021, 19:08
 Cənub -Şərqi Asiya ölkəsi olan İndoneziyada, paytaxt Cakartanın kənarındakı Tangerang Həbsxanasında baş verən yanğında 41 məhkumun öldüyü bildirildi.
 Şəffaflıq.az İndoneziya KİV-nə istinadən xəbər verir ki,İndoneziya Hüquq və İnsan Haqları Nazirliyinin Cəzaçəkmə Müdirliyinin sözçüsü Rika Apriant, verdiyi açıqlamada, narkotik cinayətlərindən məhkum edilmiş məhbusların qaldığı C Blokunda baş verən yanğın nəticəsində 39 məhkumun yaralandığını söylədi.
Həbsxanaya nəzarəti ələ keçirmək üçün bölgəyə yüzlərlə əsgər və polis göndərilmiş, yerli vaxtla 01: 00-02: 00 arasında başlayan yanğın tamamilə söndürülmüşdür.
 

Yanğının səbəbi hələlik məlum deyil.

Tutumundan artıq tutulduğu İndoneziya həbsxanalarında tez -tez iğtişaşlar və qaçışlar olur. Yanğının baş verdiyi Tangerang Həbsxanası rəsmi statistikaya görə 1225 nəfər tutumuna malikdir, lakin həbsxanada təxminən 2000 məhbus saxlanılır.
Hazırladı:Vahid Təkani.
Şəffaflıq.az


Geri qayıt